Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondunun rəsmi tvitter səhifəsində Azərbaycana dəstək ifadə olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın dövlət bayrağının əks olduğu şəklin üzərində “Biz sizinləyik” yazısı və Azərbaycanda sülhə dəstək həştaqı (#peace #support #Azerbaijan) paylaşılıb.
Qeyd edək ki, Bosniya və Herseqovinanın “Müştərək cəmiyyətlər və dəyərlər” Fondu 2014-cü ildə Sarayevoda Bosniya Herseqovinan sabiq Baş naziri Zlatko Lagumdzija tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatıdır.
Bosniya və Herseqovinan sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Zlatko Lagumdzija bu ilin martın 10 və 11-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş IV Qlobal Bakı Forumunda iştirak edib.