Sosial yardım alanlar üçün <span style="color:red;">YENİLİK
06 may 2016 11:04 (UTC +04:00)

Sosial yardım alanlar üçün YENİLİK

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial yardım alan vətəndaşlar üçün yenilik edib.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, sosial yardım üçün müraciətə baxılmasının nəticəsi barədə müvafiq informasiya sistemindən telefonla məlumat əldə etmək imkanı yaradılıb.

Belə ki, ünvanlı sosial yardımla bağlı müraciət edən vətəndaşlar artıq onlara sosial yardımın təyin olunması və ya imtina edilməsi barədə məlumatları sadəcə telefon vasitəsilə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən birbaşa əldə edə biləcək.

 Nazirliyin 142-“Çağrı mərkəzi”nin fəaliyyətinin elektron texnologiyaların tətbiqi əsasında təkmilləşdirilməsi, onun əhaliyə xidmət funksiyalarının genişləndirilməsi işlərinin davamı olaraq, “Çağrı mərkəzi” tərəfindən artıq qeyd edilən istiqamətdə məlumat xidməti əhalinin istifadəsinə verilib.

 

Belə ki, təmsil etdikləri ailələrə ünvanlı dövlət sosial yardımının alınması üçün "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidməti vasitəsilə müraciət edən vətəndaş 142-“Çağrı mərkəzi”nə zəng edərək interaktiv rejimdə nazirliyin informasiya sistemindən müraciətinin cari vəziyyəti barəsində məlumatı əldə etmək üçün 0 düyməsini seçir. Bundan sonra 2 düyməsini yığaraq təmsilçinin şəxsiyyət vəsiqəsinin nömrəsini və sosial yardımın alınması üçün ailəni təmsil etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu 4 rəqəmini daxil edir.

 

Daxil edilən rəqəmlər sistem tərəfindən avtomatik qaydada yoxlanılaraq düzgünlüyü təsdiqləndikdən sonra sosial yardım üçün edilmiş müraciətə VEMTAS-da baxılmasının nəticəsi olaraq qəbul edilmiş qərar barədə məlumat səslənir. Vətəndaşın ailəsinə ünvanlı sosial yardım təyin olunubsa, yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan hansı tarixdən sonra alınacağı barədə məlumat verilir. Sosial yardım təyin olunmasından imtina edildiyi barədə qərar çıxarıldığı halda isə yardım təyinatından imtina edildiyi barədə məlumat vətəndaşın diqqətinə çatdırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar