Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, YAP Binəqədi Rayon Təşkilatı, “İrəli” İctimai Birliyi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Sağlam Gənclik-10 il” mövzusunda konfrans keçirilib. Lent.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında Heydər Əliyevin abidəsinin önünə gül qoyaraq öz ehtiramlarını bildiriblər. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Qüdsi Bayramov, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin YAP ərazi ilk partiya təşkilatının sədri Yeganə Vəliyeva çıxış ediblər. Onlar bildiriblər ki, bu gün ölkədə gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam inkişaf etməsi üçün hər tərəfli şərait yaradılır. Gənclərmiz daima dövlətin qayğısını hiss edir. Konfrans rəsmi açılışdan sonra iki paneldə - “Sağlam həyatın dəyərləri” və “Sağlam həyat tərzi və onun təbliği” adlı panellərdə gənclərin müzakirələri ilə davam etdirilib.