Əhalinin nəzərinə: 18 avtobusun istiqaməti dəyişdirildi - SİYAHI
15 iyun 2017 10:45 (UTC +04:00)

Əhalinin nəzərinə: 18 avtobusun istiqaməti dəyişdirildi - SİYAHI

 

Bakı şəhərində keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar olaraq 17 iyun tarixində qismən, 19 iyun tarixində isə tam bağlanacaq yollara görə bəzi marşrut xətlərində dəyişikliklər ediləcək. 

 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, "Formula 1" Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət traektoriyasında dəyişiklik edilib.

 

Artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.

 

Qeyd edək ki, əvvəlcədən müəyyən edildiyi kimi, marşrut xətləri üzrə dəyişikliklər 17.06.2017 tarixinə planlaşdırılsa da, “Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət traektoriyası artıq dəyişdirilib.

 

Hərəkət istiqaməti dəyişdirilən marşrutlar aşağıdakılardır: 

 

1. 1 və H1 (Baku Bus) - marşrut avtobuslarının hərəkəti  D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. - Y.Səfərov küç. xətti ilə təşkil ediləcək;

 

2. 2 nömrəli marşrut  avtobuslarının hərəkəti D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. xətti ilə təşkil ediləcək;

 

3. 4 nömrəli marşrut avtobuslarının hərəkəti  28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. -Y.Səfərov küç. xətti ilə təşkil ediləcək;

 

4. 5 nömrəli marşrut avtobuslarının hərəkəti  28 may m/st. – A.Puşkin küç – 28 May küç – R.Behbudov küç xətti ilə təşkil ediləcək;

 

5. 6 nömrəli marşrut avtobuslarının hərəkəti hərəkəti  M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - M.Müşviq küç.  xətti ilə təşkil ediləcək;

 

6. 8 nömrəli marşrut avtobuslarının hərəkəti hərəkəti Ş.Bədəlbəyli küç – R.Behbudov küç – S.Rəhimov küç – Azadlıq pr. – Puşkin küç.

 

7. 14 nömrəli marşrut avtobuslarının hərəkəti hərəkəti Ş.Bədəlbəyli küç – R.Behbudov küç – S.Rəhimov küç – Azadlıq pr. – Puşkin küç.

 

8. 18 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. -  M.Hüseyn küç xətti ilə təşkil ediləcək;

 

9. 21 nömrəli marşrut avtobuslarının hərəkəti  28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. –Nobel pr. xətti ilə təşkil ediləcək;

 

10. 31 nömrəli marşrut avtobuslarının hərəkəti M.Müşfiq küç. – Nərimanov küç. - M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. – Nəriman Nərimanov küç.  - M.Müşfiq küç xətti ilə təşkil ediləcək;

 

11. 37 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. – N.Nərimanov küç xətti ilə təşkil ediləcək;

 

12. 46 nömrəli  marşrut avtobuslarının hərəkəti  28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. -    xətti ilə təşkil ediləcək;

 

13. 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. – S.Rüstəm küç. – D.Əliyeva küç. -  R.Behbudov küç. - S.Əsgərova  küç. - S.Vurğun küç. xətti ilə təşkil ediləcək;

 

14. 65 nömrəli marşrut son dayanacağı Füzuli küç. – Ş.Bədəlbəyli – Füzuli küç - Ş.Qurbanov küçəsində təşkil ediləcək;

 

15. 77 nömrəli marşrut avtobuslarının hərəkəti M.Müşfiq küç. – Nərimanov küç. - M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. – Nəriman Nərimanov küç.  - M.Müşfiq küç xətti ilə təşkil ediləcək;

 

16. 88 nömrəli marşrut avtobuslarının hərəkəti  28 may m/st. - Puşkin küç. – 28 May küç – R.Behbudov küç  xətti ilə təşkil ediləcək;

 

17. 125 nömrəli marşrut  avtobuslarının hərəkəti  “Lökbatan” NMM - Bayraq meydanı – M.Useynov  küç - 20-ci sahə xətti ilə təşkil ediləcək.

 

 

# 769
avatar

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14