Azərbaycan Dəmir Yollarında beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarında bilet dəyərində artım olub.
Bu barədə Lent.az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədov bildirib ki, bu günlərdə dollar kursunda artımın olması biletlərin də qiymətinə təsir edib: “Bizim kassalarda hər gün dolların kursuna uyğun satış həyata keçirilir. Buna görə də dolların kursunda artım olması biletlərin də qiymətinin artmasına səbəb olub. Qiymətlərdə hər gün fərqlilik ola bilər. ”
N. Əzmmədovun dediyinə görə, əvvəl Bakı-Tiflis istiqamətində hərəkət edən qatarda biletinin dəyəri 50-52 manat idisə, indi bu qiymət 70-78 manata kimi qalxıb.