Bəy TOY GÜNÜ QAÇIRILAN NİŞANLISININ ailəsindən təzminat istəyir!
09 noyabr 2013 18:52 (UTC +04:00)

Bəy TOY GÜNÜ QAÇIRILAN NİŞANLISININ ailəsindən təzminat istəyir!

Toy günü qaçırılan gəlinin nişanlısı ailəsinə dəyən 8 min manat ziyanın ödənilməsini istəyir. Toyu yarımçıq qalan bəy yeni qız tapdığını və yaxın vaxtlarda yenidən toy edəcəyini deyir. Bəybala Əliyevin ailə üzvləri baş verənlərlə bağlı APA TV-yə verdiyi müsahibədə bildirib ki, toydan sonra nişanlısının yaxınları tərəfindən qaçırılmasından şoka düşsə də, artıq yeni həyatı barədə düşünür. Keçmiş nişanlısı Pünhanəyə xoşbəxtlik arzulayan Bəybala Pünhanə ilə bir-birini sevsələr də, valideynlərinin və dayısıgilin onların xoşbəxtliyinə mane olduğunu deyir. İndi keçmişini silib atmaq istəyən keçmiş bəy yenidən bəy olmağa hazırlaşır.

“Özümə qız da tapmışam. Məhərrəmlikdən sonra evlənəcəyik. Bilirsiniz keçmişi keçmişdə buraxdım. Yeni həyata davam edirəm”.

Balabəy Əliyevin ailə üzvləri deyir ki, polis şöbəsinə müraciət edərək bu biabırçılığa son qoyulması üçün araşdırma aparılmasını və onlara dəyən maddi ziyanın ödənilməsini tələb edəcəklər.

“Toy məclisinin keçirilməsi, qızıl-zinət və geyim əşyalarının alınması üçün xərclədiyimiz 8 min manat pulun verilməsini, sonra isə qızın ailəsinin bəy evindən cehizlərin aparılmasını istəyirik. Onların cehizi mənə lazım deyil”.

Bu görüntülər isə gəlinin qaçdığı toyundandır. İndi ailə bu kadrlara acı bir xatirə kimi baxır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3223
avatar

Oxşar yazılar