Bəxtiyar Əliyevin Bərdədə görüşləri davam edir
29 oktyabr 2015 10:23 (UTC +04:00)

Bəxtiyar Əliyevin Bərdədə görüşləri davam edir

0

Milli Məclisə keçirilən seçkilərdə 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyevin Bərdədə seçicilər ilə görüşləri davam edir. Lent.az-ın məlumatına görə, görüşdə seçicilər bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.

B.Əliyev qaldırılan məsələlərə münasibət bildirib və deputat seçiləcəyi təqdirdə müvafiq dövlət qurumlarının yardımı ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib. Çıxış edən seçicilər onun namizədliyini dəstəklədiklərini bildiriblər.


Görüşün sonunda sakinlər B. Əliyevə seçki kampaniyasında uğurlar arzulayıb. Xatırladaq ki, B. Əliyev bundan əvvəl Bakının Xətai, Abşeron, Xırdalan, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbail və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna , Mehdiabad qəsəbələrində məskunlaşmış seçiciləri ilə də görüşüb. Deputatlığa namizədin görüşləri davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 451

Oxşar yazılar