Bərdədə 20 ton ət məhv edilib
08 dekabr 2015 12:25 (UTC +04:00)

Bərdədə 20 ton ət məhv edilib

 

Bərdə rayonunda aşkarlanan 20 ton keyfiyyətsiz ət zərərsizləşdirilib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, əməliyyatı Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə həyata keçiriblər.

 

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları mənşəyi bilinməyən 20 ton əti Bərdə şəhər Səməd Vurğun küçəsində yaşayan Seyfəddin Əsgərovun həyətindəki anbarda aşkarlayıblar.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Oxşar yazılar