BDU-nun müasir tələbə şəhərciyi salınacaq
02 noyabr 2013 11:45 (UTC +04:00)

BDU-nun müasir tələbə şəhərciyi salınacaq

6 minə yaxın tələbənin yerləşə biləcəyi şəhərcikdə xarici tələbələr üçün xüsusi bina tikiləcək


 

 Bakı Dövlət Universitetinin yeni tələbə şəhərciyi tikiləcək.

 

APA-nın xəbərinə görə, BDU-nun 100 illik yubileyinə hazırlıq məqsədilə həyata keçiriləcək tədbirlər planı çərçivəsində universitetin tələbə şəhərciyi innovativ üsulla tamamilə yenidən qurulacaq. Təxminən 6 minə yaxın tələbənin yerləşə biləcəyi şəhərcikdə xarici tələbələr üçün xüsusi bina nəzərdə tutulub.

 

Universitetin inzibati-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, bu məqsədlə ərazidə 5 yeni yataqxana binasının tikilməsi nəzərdə tutulur. 200 milyon manat dəyərində ehtimal edilən layihəyə görə, şəhərcikdə binaların hündürlüyü həmin ərazinin relyefindən asılı olaraq dəyişəcək. Yerin relyefi yüksəldikcə mərtəbələrin sayı azalacaq. Məsələn, Mətbuat prospekti tərəfdən olan ərazidə 16-17, daha yuxarı qalxdıqca yerin hündürlüyündən asılı olaraq 14, 13, 12 və s. mərtəbəli binalar inşa olunacaq. Ən son hündürlükdə tikiləcək bina 6 mərtəbəli olacaq.

 

Binalarda Avropa və dünyanın ən qabaqcıl universitetlərinin tələbə şəhərcikləri (kampusları) səviyyəsində müasir standartlara cavab verən bütün şərait yaradılacaq. Hər bir binada tələbələr üçün yeməkxana, kitabxana, İnternet şəbəkəsi, mağazalar və s. təşkil olunacaq. Burada bütün infrastruktur, o cümlədən ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchizat məsələləri yüksək səviyyədə olacaq. Şəhərcikdə  müasir universal multimedia taksofonları, genişzolaqlı İnternet xidmətləri tələbələrin ixtiyarına veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1387

Oxşar yazılar

Buraxılış imtahanının nəticələri elan olundu

Buraxılış imtahanının nəticələri elan olundu

24 may 2025 , 02:15
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59