
Türkan Şoray BDU-da
Bakı Dövlət Universitetində tanınmış aktrisa Türkan Şorayla görüş keçirilib. Universitetdən Lent.az-a verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov Türkan Şorayı Unversitetdə görməkdən məmnunluğunu ifadə edib. O deyib ki, Türkan Şorayın “Eşq küləyi” filmi ona uğur gətirib və sonradan türk kino tarixinə öz möhürünü vurmuş "Qırmızı ləcək", "Sərçə balası", "Yol", “Arım, balım, pətəyim”, "Məhəbbətim mənim, kədərim mənim" kimi çox məşhur filmlərdə baş rolu ifa edib. Ümumilikdə 220 filmə çəkilən Türkan Şoray yaratdığı obrazları ilə tamaşaçıların böyük sevgisini qazanıb. Rektor onu da bildirib ki, əsli-kökü Azərbaycandan olan Türkan xanım kino aləmində özünü təsdiqləmiş sənət adamalarındandır. Bir sözlə o, öz sənətinin sultanıdır.
Rektor çıxışının sonunda aktrisaya “Universitetin ən böyük dostu” mükafatını və qızıl medalını, aktrisanın qızı, T.Şorayın rejissoru olduğu “Uzaqlarda arama” filmində Dəniz obrazını canlandıran Yağmur Ünala isə BDU-nun gümüş medalını hədiyyə edib.
Türkan Şoray çıxış edərək BDU-da olmaqdan böyük həyəcan və məmnunluğunu ifadə edib: "Universitet kollektivi və tələbəblər mənə çox duyğulu anlar yaşatdı. Həyəcandan qəlbim, ürəyim titrədi. Etiraf edim ki, bu qarşılanma mənə sevinc göz yaşları yaşatdı".
Aktrisa onu da bildirib ki, tələbələrlə bir arada olmaq, onların enerjisini hiss etmək son dərəcə gözəl duyğudur. Azərbaycan xanımlarının gözəlliyindən danışan aktrisa “Mən də sizə oxşayıram” deyərək auditoriyanın daha sürəkli alqışlarını qazanıb. Sonra Türkan Şoray universitet tələbələrinin suallarını cavablandırıb.
Görüşdə BDU-nun Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım da çıxış edib.
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20