Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
BDYPİ-nin şöbə rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, yay mövsümü ilə əlaqədar paytaxtdan rayonlara, rayonlardan paytaxta istirahətə gələnlər geri qayıtdıqları üçün magistral yollarda nəqliyyatın hərəkət intensivliyi artıb: “Buna görə də sürücülərdən yola çıxarkən son dərəcə ehtiyatlı olmaları, yüksək sürətdən yayınmaları, ötmə əməliyyatlarının düzgün və vaxtında həyata keçirmələri xahiş olunur”.