1 yaş 5 aylıq ikən “4-cü dərəcəli sensonevral” tipli eşitmə azlığı diaqnozu qoyulmuş balaca Zöhrənin sizin yardımınıza ehtiyacı var.
5 ildir səs eşitməyən Zöhrənin bir qulağına implant qoyulması üçün əməliyyata 30000 AZN lazımdır.
Əməliyyat tez bir zamanda baş tutmasa Zöhrə ömürlük eşitmə və danışığını itirə bilər.
Lent.az olaraq hər birinizi yardıma səsləyirik!
Bir qədər əvvəl Lor hospitalda pulsuz müayinədən keçsə də, məlum olub ki, müalicəsi Türkiyədədi. Həmin əməliyyatı isə Levent Sənnar oğlu edir.