Bakıya gələn rayon avtomobilləri üçün <span style="color:red;">MÜHÜM QƏRAR
21 iyul 2015 18:53 (UTC +04:00)

Bakıya gələn rayon avtomobilləri üçün MÜHÜM QƏRAR

0

 

 

 

BDYPİ Azərbaycan paytaxtında nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması ilə bağlı tədbirlərə başlayıb

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtda nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması ilə bağlı tədbirlər görür.

 

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, icazə verilən maksimum kütləsi 5 tondan artıq yük avtomobillərinin, habelə ayrı-ayrı regionlarda qeydiyyatında olan minik avtomobillərinin saat 07:00-dan 22:00-dək paytaxta girişinə müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Minik və ya yük təyinatlı olmasından asılı olmayaraq, məhdudiyyətlər tətbiq ediləcək avtomobillərin paytaxtın giriş hissələrində təşkil edilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş duracaqlarda ödənişsiz saxlanılması, sürücülərin və sərnişinlərin avtobuslarla ən yaxın metro stansiyasına çatdırılması təmin olunacaq.

 

Tədbirlər planına əsasən, paytaxt küçələrində avtomobillərin park edilməsi, ictimai nəqliyyatın və taksi fəaliyyətinin təkmilləşdirilməsi, xüsusi duracaqların, yerüstü piyada keçidlərinin yaradılması həyata keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 399

Oxşar yazılar