Bakıda yararsız süd istehsalı sahəsi aşkarlandı
02 sentyabr 2013 16:41 (UTC +04:00)

Bakıda yararsız süd istehsalı sahəsi aşkarlandı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsal sahələrində yoxlamalar davam etdirilir.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, 12-ci Xrebtovıy 10 ünvanında fəaliyyət göstərən fiziki şəxs Bağırov Qalib Sahib oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan süd məhsullarının istehsal edildiyi müəyyən olunub.

 

Aparılmış yoxlama zamanı Qalib Bağırov tərəfindən kəsmik və xamanın uyğunluq sertifikatı, dovğanın isə uyğunluq sertifikatı və resepturası olmadan istehsal edildiyi, habelə kəsmik və xamanın markalanmasında saxlama müddətinin normativ sənədlərdə müəyyənləşdirilmiş müddətdən artıq göstərildiyi aşkarlanıb. Bundan başqa, kəsmik və xamanın markalanmasında enerji və qida dəyərinin müəyyən edilmiş normalardan fərqli göstərildiyi müəyyən olunub. Bununla əlaqədar Dövlət Xidməti tərəfindən Bağırov Qalib Sahib oğlu barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929
avatar

Oxşar yazılar