Bakıda seysmik riskin qiymətləndirilməsinə başlanılır
24 may 2016 16:45 (UTC +04:00)

Bakıda seysmik riskin qiymətləndirilməsinə başlanılır

0

 

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Geodezi Alman Araşdırma Mərkəzi ilə ikitərəfli əməkdaşlıq çərçivəsində Bakı şəhərinmdə seysmik riskin qiymətləndirilməsinə başlayır.

 

RSMX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla bağlı RSXM-in Monitorinq Mərkəzində Respublika Seysmoloji Xidmət Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, SOCAR, Almaniyanın Azərbaycandakı səfirliyinin və Geodezi Alman Araşdırma Mərkəzinin nümayəndələri - Kristin Bismut, Stefano Perolay, Kevin Fleming və Maykl Hasın iştirakı ilə görüş keçirilib.

 

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Q.Yetirmişli Bakı şəhərində seysmik riskinin öyrənilməsinin vacibliyini önə çəkərək, Geodezi Alman Araşdırma Mərkəzi ilə RSXM arasında ikitərəfli əməkdaşlıq haqqında anlaşma protokolu imzalandığını qeyd edib. O, bildirib ki, seysmik qiymətləndirmə layihəsinin iki il müddətinə davam etməsi nəzərdə tutulur. Almaniyalı qonaqlar isə Azərbaycan seysmoloqları ilə əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə maraqlı olduqlarını qeyd ediblər.

 

Almaniyalı qonaqların AMEA-nın vitse-prezidenti, akademik İ.Quliyevlə də görüşdə görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan ərazisində seysmik riskin birgə öyrənilməsi istiqamətində gələcək perspektivlərə dair məsələlər müzakirə edilib.

 

İ.Quliyev isə öz növbəsində Bakı şəhərində seysmik riskin öyrənilməsinin vacibliyini də önə çəkərək, birgə əməkdaşlığın elmi baxımdan əhəmiyyətli olacağına ümidvar olduğunu qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 530

Oxşar yazılar