Bakıda kitabxana və təhsil mövzusunda dəyirmi masa keçirilib
25 aprel 2016 19:14 (UTC +04:00)

Bakıda kitabxana və təhsil mövzusunda dəyirmi masa keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası, Bakı Dövlət Universiteti, Türkiyənin Hacettəpə və Kastamonu universitetlərinin Elm və Sənət idarəçiliyi bölmələrinin birgə təşkilatçılığı ilə “Dünyada kitabxana-informasiya fəaliyyəti və təhsili” mövzusunda dəyirmi masa keçirilib.

 

APA-nın xəbərinə görə, AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən dəyirmi masada BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin rəhbərliyi, professor-müəllim və tələbə-magistr heyəti, AMEA MEK-in kollektivi, eləcə də  kitabxana ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Dəyirmi masanı AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova açaraq, tədbir haqqında ətraflı məlumat verib, onun əhəmiyyəti və perspektvlərindən danışıb.

 

Daha sonra türkiyəli qonaqlar professor  Bülent Yılmaz, Güler Demir, M.Kemal Sevgikaya, İlker Çakmakkaya Türkiyə və dünyada kitabxana-informasiya fəaliyyəti və təhsili məsələlərindən bəhs ediblər.

 

Müzakirələrdə BDU-nun Kitabxanaçılıq İnformasiya fakültəsinin  dekanı Azad Qurbanov, kafedra müdiri Nadir İsmayılov, dosent Pərviz Kazımi, fəlsəfə doktoru Rəşad Qardaşov, eləcə də AMEA MEK-in bir sıra struktur rəhbərləri iştirak edib, mövcud əməkdaşlığın gələcək perspektivləri ətrafında bir sıra təkliflər səsləndirilib.

 

Tədbirdə türk xalqlarının ortaq kitabxana cəmiyyətlərinin formalaşdırılması, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin Türkiyə Kitabxana Cəmiyyətinə üzvlüyü, Türkiyənin Hacettəpə və Kastamonu universitetlərinin Elm və Sənət idarəçiliyi bölmələri ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi arasında pedaqoji və elmi təcrübə mübadiləsinin həyata keçirilməsi və bu istiqamətdə münasibətlərin inkişafı ilə bağlı mühüm təkliflər səsləndirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

APA Baycan

Oxşar yazılar