Bakıda havanın hərarəti 12 dərəcəyədək enəcək
10 oktyabr 2015 13:39 (UTC +04:00)

Bakıda havanın hərarəti 12 dərəcəyədək enəcək

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 11-nə gözlənilən hava proqnozunu açıqlayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də havanın tutulub açılacağı, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Gündüz şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-18,  Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında isə oktyabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 251

Oxşar yazılar