Bakıda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artacaq
05 noyabr 2015 12:32 (UTC +04:00)

Bakıda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artacaq

0

 

“Baklıda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri noyabrın sonunda rəsmiləşəcək. Nəticələr rəsmiləşəndən sonra diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqları yeni sistemlə hesablanacaq”.

 

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

 

Nazir müavini bildirib ki, nəticələr artıq məktəblərə göndərilib.

 

Onun sözlərinə görə, bu ilin noyabr və dekabr aylarında 3 şəhərdə, 9 rayonda keçiriləcək diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin əmək haqları isə gələn ilin yanvar ayından artırılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar