Metronun "Elmlər Akademiyası" stansiyasının əsas girişi təmirlə bağlı bir neçə ay bağlı qalacaq.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, adıçəkilən metrostansiyanın birinci vestibülündə bu gecədən etibarən təmir işləri başlayacaq: "Hazırda stansiyanın təmir aparılacaq vestibülündə təhlükəsizlik tədbirlərinə başlanıb. Gecə saat 12-də giriş tam bağlanacaq, sabahdan etibarən isə təmir başlayacaq.
N.Paşayev deyib ki, vestibülün bağlanmasına səbəb buradakı 3 eskalatorun istismar müddətini bitməsidir: “Oradakı hər 3 eskalator söküləcək və müasir eskalatorlarla əvəz ediləcək. Bununla yanaşı metronun girişi də təmir ediləcək”.
Metropoliten sözçüsünün bildirdiyinə görə, bütün bu təmir dövrü təxminən 6 ay çəkəcək.
Metropoliten istifadəçiləri qeyd olunan stansiyasının ikinci vestibülündən istifadə edə bilər.