Bakı Avtovağzalındakı sürüşmə sahəsində bərpa işlərinə başlanılıb
12 oktyabr 2015 17:27 (UTC +04:00)

Bakı Avtovağzalındakı sürüşmə sahəsində bərpa işlərinə başlanılıb

Bakı Beynəlxalq Avtovağzalı ərazisində çökmə prosesi indi də davam edir.

Bu barədə Lent.az-a ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev  məlumat verib.

Ə. Piriyevin sözlərinə görə,  hazırda ərazidəki çatlarda 1-1,5 sm genişlənmə müşahidə olunur. Ərazidəki yaşıllıqların suvarılma prosesi dayandırılıb, istinad divarında bərpa işləri aparılır.

Ə.Piriyev bildirib ki,  işlər bitdikdən sonra suvarma zamanı suyun divarlara axmaması üçün drenaj şəbəkə yaradılacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218

Oxşar yazılar