Bakı-Sumqayıt qatarlarının sayı artırılır
17 dekabr 2015 13:21 (UTC +04:00)

Bakı-Sumqayıt qatarlarının sayı artırılır

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının sayı artırılacaq.

 

APA-Economics”in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

 

C. Qurbanovun sözlərinə görə, bu istiqamətdə ikimərtəbəli 2 yeni qatar hərəkətə buraxılacaq: “Artıq bu qatarların alınması üçün nümayəndə heyətimiz Minskdə səfərdədir. Bu qatarların biri artıq yoldadır. O birisi ya dekabrın, ya da gələn ilin yanvarın sonunda Bakıda olacaq. Bu qatarlar gələndən sonra Bakı-Sumqayıt arasında reyslərin sayını da artıracağıq. Qatarların xəttə buraxılması üçün bəzi texniki məsələlər həllini tapmalıdır. Əgər çatışmazlıq olarsa, Riqada təmir edilmiş qatarlardan da istifadə olunacaq".  

 

QSC sədri əlavə edib ki, tezliklə bütün dəmir yolunda bilet satışı onlayn, kart sisteminə keçiriləcək: “Hazırda bununla bağlı proqramlar hazırlanır. Bu bahalı proqramdır. Hər şey yenilənir”.

 

Qeyd edək ki, sentyabr ayının 12-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə “Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241
avatar

Oxşar yazılar