Bakıda yeni marşrut xətləri fəaliyyətə başladı
05 oktyabr 2015 12:34 (UTC +04:00)

Bakıda yeni marşrut xətləri fəaliyyətə başladı

0

Oktyabrın 3-dən "Baku-Bus" MMC-nin 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb.

 

Lent.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, 6 saylı marşrut avtobusunun hərəkət cədvəli “Azadlıq” metro stansiyası - akademik Həsən Əliyev küçəsində - Tbilisi prospekti - "Lider TV" - "Elmlər Akademiyası" metro stansiyası - "İçərişəhər" metro stansiyası - 20-ci sahə olacaq.

 

8 saylı marşrut avtobusu isə "Azadlıq" metro stansiyasından - Səməd Vurğun küçəsi - Heydər Əliyev sarayı - “28 may” metro stansiyasına qədər hərəkət edəcək.

 

Hərəkət istiqaməti Şəhidlər Xiyabanı - “Elmlər Akademiyası” metro stansiyası - “Koroğlu” parkı - “Gənclik” metro stansiyası - “N.Nərimanov” metro stansiyası - Montin bazarı olan əvvəlki 6 saylı marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib. Yəni əvvəlki 6 saylı marşrut avtobusu artıq 63 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 497

Oxşar yazılar