Həyətlərində tikinti aparılan sakinlər şikayətçidir - <span style="color:red;">FOTO
26 aprel 2016 15:43 (UTC +04:00)

Həyətlərində tikinti aparılan sakinlər şikayətçidir - FOTO

“Nəsimi rayonu 3-cü mikrorayon Alı Mustafayev küçəsi, 11-ci ev ilə 17-ci evin arasında uşaqların, yaşlıların istirahət yeri olan həyət hasarlanıb, yerində yaşayış binası tikiləcək”. Bu barədə Lent.az-a həmin küçədə yaşayan bir qrup sakin məlumat verib. Onların sözlərinə görə, həyətdə tikintinin aparılmasına sakinlər etiraz edib:

 

“Biz nə qədər etiraz etsək də, hadisə yerinə çağırılan polis bizə müdaxilə edir. Hasara alınmış ərazidə nə qədər ağac kəsilib. Bizə iki bina arasında sadəcə 2 metrlik yer saxlanılıb. Belə dar yerdə uşaqlarımız necə oynasın? Yaşlılarımız harda dincəlsin?”

 

Lent.az-a təqdim olunan şəkillərdən də göründüyü kimi, ərazi dəmir hasara alınıb, böyük ağacların kökləri ekskavatorla qazılıb çıxarılır.

 

Qeyd edək ki, Alı Mustafayev küçəsinin bir qrup sakini bu gün saat 18:30-da təkrar etiraz aksiyası keçirəcəklər.

 

Həmin ərazidən çəkilən şəkilləri oxucularımıza təqdim edirik. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380
avatar

Oxşar yazılar