“Azərişıq” ASC debütor borcu yaranmış abonentlərə xəbərdarlıq edib.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Azərişıq” ASC-nin fəalliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 23 noyabr tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Xəbərdarlıqda bildirilib ki, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Qanunvericiliyə uyğun “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.
Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.