Palçıq vulkanlarında minerallar öyrənilib
06 fevral 2015 12:33 (UTC +04:00)

Palçıq vulkanlarında minerallar öyrənilib

AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) tərəfindən palçıq vulkanlarının geoloji-geokimyəvi xüsusiyyətləri ilə bağlı müəyyən işlər aparılıb. İnstitutdan Lent.az-a verilən məlumata görə, bütün bunlar Geologiya və Geofizika İnstitutu palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru professor Adil Əliyevin başçılığı ilə həyata keçirilir. Azərbaycan və Ukraynanın palçıq vulkanlarının geoloji-geokimyəvi xüsusiyyətləri müqayisəli təhlil edilib və yeni məlumatlar alınıb. İlk dəfə olaraq Azərbaycanın palçıq vulkanlarında mineralogiya üzrə işlər aparılıb Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında, o cümlədən Dəmirçi, K. Mərəzə və Şıxzarlidə yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar, mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib.

Rusiya Elmlər Akademiyasının Geoloji İnstitutu ilə “Qafqaz regionun müasir geodinamikası, flüid rejimi və neft-qazlılığı” adlı layihə də həyata keçirilir. Burada Azərbaycanın 40-dan çox palçıq vulkanından götürülmüş qaz və su nümunələri izotop-geokimyəvi analiz olunub və nəticələr Gürcüstanın Taman yarımadasındakı palçıq vulkanlarının yer səthinə çıxardığı flüidlərlərdəki geokimyəvi göstəricilərlə müqayisə edilib.

Vulkanlarda üstünlük təşkil edən iki əsas su növü müəyyən edilib: az minerallaşmış natrium xlorid və çox minerallaşmış kalsium xlorid. Vulkanlarda mineral suların temperaturunun dərinliklərə nisbətən dəyişməsi neftqazəmələgəlmənin ilkin mərhələsi ilə əlaqəni göstərir.

Vulkan tullantılarında süxur nümunələri, yanar şistlər və pirit mineralları da öyrənilib. Nəticələr elmi məqalələrdə çap etdirilib. Beşillik layihə bu il başa çatacaq.

Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə “Dünya palçıq vulkanları atlası” ilk dəfə nəşrə hazırlanıb. Atlasda Alp-Himalay dağları və Sakit okeanın əhatə etdiyi tektonik qurşaqlarda yerləşən 42 ölkədə, habelə Xəzər, Qara və Aralıq dənizlərinin dərinliklərində intişar tapmış palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib, təhlil edilib. Atlasda vulkanların morfologiyası, struktur mövqeyi və püskürmə məhsulları ətraflı şərh olunur. Burada yarım əsr ərzində palçıq vulkanlarını öyrənən Azərbaycan alimlərinin əvvəllər əldə etdikləri nəticələr qlobal miqyasda təsdiqini tapır. Belə ki, palçıq vulkanlarının əmələ gəlməsi və təzahür mexanizminin 15-20 kilometr dərinliklərdə gedən geodinamik şərait və termodinamik proseslərlə əlaqədar olması barədə alimlərimizin fikirləri atlasın əhatə etdiyi ölkələrin tədqiqatçılarının məlumatları ilə üst-üstə düşür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34