Azərbaycanın hərbi məhsulları Türkiyədə nümayiş etdiriləcək
04 may 2017 11:21 (UTC +04:00)

Azərbaycanın hərbi məhsulları Türkiyədə nümayiş etdiriləcək

0

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olacaq.

Dörd gün davam edəcək sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.

Sərgidə dünyanın 50 ölkəsindən 300-dək şirkətin iştirakı gözlənilir.

 

Səfər çərçivəsində Yavər Camalovun Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar