[b]Azərbaycanda şagirdlərin sayı 30% artacaq[/b]
05 may 2016 11:59 (UTC +04:00)

[b]Azərbaycanda şagirdlərin sayı 30% artacaq[/b]

“Qarşıdakı 5 ildə ölkə məktəblərində təhsil alan şagirdlərin sayının  30% artması gözlənilir”.      

 

 

Lent.az-ın məlumatına görə, bunu  təhsil naziri Mikayıl Cabbarov “Gülüstan” sarayında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışında deyib.

 

 

M. Cabbarovun sözlərinə görə, ölkədə yüksək demoqrafik vəziyyət nəticəsində son illər I sinfə gedən şagirdlərin sayında artım müşahidə olunur. Belə ki, 2013-cü ildə I sinif şagirdlərin sayı 138 min olmuşdusa, 2014-cü ildə bu göstərici 152 min, 2015-ci ildə 157 mindən çox olub. 2016-cı ildə isə bu göstəricinin 165 mindən çox olması gözlənilir. Bütövlükdə qarşıdakı 5 ildə ölkə məktəblərində təhsil alan şagirdlərin sayı 30% artacaq. Bu isə öz növbəsində təhsilin dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün yeni yanaşmaların tətbiqini zəruri, ümumi təhsilin müəyyən mərhələsində şagirdlərin təhsildəki göstəricilərinə görə müxtəlif kateqoriyalara ayrılmasını tələb edir.

 

İlk peşə ixtisas təhsilinin əhəmiyyətini də vurğulayan təhsil naziri bildirib ki, təhsil alan şagirdlərin sayının artması peşə ixtisas təhsilinin əhəmiyyətini daha da artırır: “Bəzi beynəlxalq və yerli təşkilatlarla bu istiqamətdə memorandumlar imzalanıb, birgə əməkdaşlıq çərçivəsində biznes qurumları ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məzunların işlə təminatına dəstəyin verilməsi, kurikulumların hazırlanması işlərinə başlanıb. Bununla yanaşı nazirlik peşə təhsil sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, əmək bazarında çevik və adekvat təklif verməyə qadir olan ilk peşə-ixtisas təhsil proqramlarının işlənib hazırlanması məqsədilə yeni qurumun yaradılması barədə çıxış edib. Yeni yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi ölkədə ilk peşə-ixtisas təhsili sahəsində yeni  idarəetmə modelinin hazırlanmasına, peşə hazırlığının səmərəliliyin artırılmasına, rəqabət qabiliyyətli yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcək, bu sahədə əsaslı dönüşə imkan yaradacaq”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293

Oxşar yazılar