Azərbaycanda orta ömür həddi yüksəlib
11 iyul 2016 12:25 (UTC +04:00)

Azərbaycanda orta ömür həddi yüksəlib

 

“Dünyada gedən demoqrafik proseslərdəki dəyişikliklər Azərbaycandan da yan keçməyib”.

 

APA-nın xəbərinə görə, bunu "Sağlamlıq zonası" sağalma və reabilitasiya poliklinikasının baş həkimi Məsməxanım Məcidova ahıl insanlara göstərilən səhiyyə xidmətinin təşkili mövzusuna dair dəyirmi masada deyib. O bildirib ki, əhalinin qocalma problemi dünyada inkişaf etmiş ölkələrin müzakirə obyektinə çevrilib: “Sivilizasiya artdıqca əhalinin qocalma prosesi də sürətlənir”.

 

Bunun bir çox səbəbinin olduğunu deyən  M.Məcidova qeyd edib ki, sivil ölkələrdə doğum səviyyəsi aşağı düşüb, ahılların nisbi payı artıb: "Digər tərəfdən tibdə əldə olunan nailiyyətlər - uşaq ölümünün azalması, ölümə səbəb olan bir çox infeksiyanın aradan qaldırılması, xəstəliklərin profilaktikası orta ömür həddinin yüksəlişinə səbəb olub. Ahılların yaşının artması prosesi Azərbaycanda da müşahidə olunmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatlarında 2013-2015-ci illərdə respublika və Bakı şəhəri üzrə 60 yaşdan yuxarı yaş qruplarına görə əhalinin sayının artması müşahidə olunur. Bu, xüsusən 60-74, 75-89 yaş qruplarında özünü daha çox büruzə verir. 2013-cü ildə orta ömür həddi 74.2 olmuşdusa, 2015-ci ildə bu göstərici 75.2 olub. Bu baxımdan əhalinin qocalma problemlərinin öyrənilməsi və ahıl insanlara tibbi sanitar yardımın göstərilməsi aktuallaşıb".

 

Baş həkim ahıl insanlar arasında ən çox rast gəlinən xəstəlikləri də açıqlayıb. O bildirib ki, ahıllarda ən çox xroniki xəstəliklərə rast gəlinir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415
avatar

APA Baycan

Oxşar yazılar