Azərbaycanda lotoreyada rekord uduş - 439.135 manat
18 sentyabr 2013 13:52 (UTC +04:00)

Azərbaycanda lotoreyada rekord uduş - 439.135 manat

Azərbaycanda lotoreyada rekord uduş məbləği qeydə alınıb. Lent.az-ın məlumatına görə, rekord uduş sentyabrın 16-da “Space” telekanalında canlı yayımla "Azərlotereya" ASC-nin təşkil etdiyi "5/36" lotereyasının 806-cı və "6/40" lotereyasının 401-ci tirajı zamanı qeydə alınıb. Hər iki lotereya oyunlarının "Cek Pot"larının uduşları eyni günə təsadüf edib. "6/40" lotereyasının "Cek Pot"u 439.135 manata, "5/36" lotereyasının "Cek Pot"u isə 63.375 manata qədər yüksəlib.   

 

439.135 manatlıq "Cek Pot" uduşu  Azərbaycan Respublikası tarixində bu günə qədər ən iri məbləğli "Cek Pot" uduşu kimi tarixə düşüb. "6/40" lotereyasının "Cek Pot"u  "009171" nömrəli biletin sahibi tərəfindən, "5/36" lotereyasının "Cek Pot"u isə "001635" nömrəli biletin sahibi tərəfindən udulub.

 

 

# 5936
avatar

Oxşar yazılar