Azərbaycanda ilk buraxılış imtahanı keçirilir
02 iyun 2015 08:00 (UTC +04:00)

Azərbaycanda ilk buraxılış imtahanı keçirilir

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.



IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır. 



Qeyd edək ki, Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin 31490 IX sinif, 24408 XI sinif şagirdi buraxılış imtahanında iştirak edəcək.

 

IX siniflər üçün nəzərdə tutulan  buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 76, XI siniflərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi yaradılıb.
 

İmtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi-müəllim ayrılıb.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330

Oxşar yazılar