Azərbaycanda autizmli uşaqların cəmiyyətə inteqrasiyası müzakirə olunur
19 noyabr 2015 17:01 (UTC +04:00)

Azərbaycanda autizmli uşaqların cəmiyyətə inteqrasiyası müzakirə olunur

Bu gün Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu (ARTPİ) və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi (ADPYM), ali və xüsusi təhsil müəssisələrinin təhsil işçiləri və KİV nümayəndələrinin iştirakı ilə “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda respublika miqyaslı tədbir keçirilib. 
 
Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov XXI əsrin qlobal problemi hesab edilən autizmin ölkəmizdə də  aktual məsələlərdən biri olduğunu,  dünya əhalisinin 1 faizinin, yəni 70 milyon nəfərin autizmin qurbanı olduğunu, qeyri - rəsmi statistikaya görə respublikamızda təxminən 4000-ə yaxın uşağın autizm sindromundan əziyyət çəkdiyini  deyib.
 
Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu xəstəliyi dərindən anlamaq üçün  sadəcə 20 dəqiqə autizim sindromundan  əziyyət çəkən ailənin qonağı olmaq kifayətdir. Onun sözlərinə görə, xəstəlik barədə cəmiyyət mütləq şəkildə maarifləndirilməlidir.
 
Millət vəkili Hadı Rəcəbli isə qeyd edib ki , ölkədə hər hansı bir siyasəti həyata keçirmək üçün hüquqi baza formalaşmalıdır:
 
“Parlamentdə məsələ qaldırılıb və  bununla bağlı əlavə qanun qəbul edilməsə belə sağlamlığın qorunması haqqında qanuna ya da əlilliklə bağlı qanuna xüsusi maddə kimi əlavə etmək olar”.
 
Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, inkişaf etmiş cəmiyyətlərdə insanla bağlı hansı bir problem varsa, o cəmiyyətlər dərhal ora müdaxilə edib problemi çözmə yollarını tapırlar.
 
Tədbirdə autizmli uşaqlar və onların valideynlərinin qarşılaşdıqları çətinliklər, diaqnostikanın bir çox hallarda düzgün aparılmaması kimi məsələlər müzakirə olunub.      
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar