Azərbaycanda “Tələbə Həftəsi” elan olunub
02 noyabr 2015 15:58 (UTC +04:00)

Azərbaycanda “Tələbə Həftəsi” elan olunub

0

 

Azərbaycan Tələbələr Birliyi “Beynəlxalq Tələbə Günü” münasibəti ilə 2015-ci il noyabrın 10-dan 17-dək Azərbaycanda “Tələbə Həftəsi” elan edib.

Birliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər il təşkil edilən bu həftəliyin əsas məqsədi Azərbaycan tələbələrinin beynəlxalq tələbə hərəkatının fəal hissəsi olduğunu nümayiş etdirmək və onların təşəbbüslərini dəstəkləməkdir.

Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov bildirib ki, “Tələbə Həftəsi” çərçivəsində 20-yə yaxın ali təhsil müəssisəsində müsabiqə və yarışların keçirilməsi, görüş və konfransların, habelə maarifləndirici aksiyaların təşkil olunması nəzərdə tutulur. Qeyd edək ki, tədbirlər yalnız Bakı şəhərini deyil, eyni zamanda Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərini də əhatə edəcək. Həftəlik çərçivəsində ictimai fəallığı ilə fərqlənən tələbələrin mükafatlandırılması, bir neçə tələbə qrupunun sosial layihələrinin dəstəklənməsi, sonda isə Azərbaycan tələbələrinin dünya ictimaiyyətinə müraciətinin ünvanlanması da planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar