Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı açıqlandı
29 avqust 2013 11:35 (UTC +04:00)

Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı açıqlandı

Bu ilin birinci yarısında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı açıqlanıb. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, qeyd olunan müddətdə 2012-ci ilin eyni dövrü ilə müqayisədə 108 130 nəfər və ya 9,9% artaraq 1 196 953 nəfər olub. Onların 418 012 nəfəri Rusiya Federasiyası, 400 542 nəfəri Gürcüstan, 173 861 nəfəri Türkiyə, 70 254 nəfəri İran İslam Respublikası, 51 082 nəfəri Avropa regionu, 83 202 nəfəri isə digər ölkələrin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayında artım MDB ölkələri üzrə 18,7%, Avropa İttifaqı ölkələri üzrə 22,9%, Asiya ölkələri üzrə 7,3%, Afrika ölkələri üzrə 37,5% və Amerika və Avstraliya ölkələri üzrə 19,2% təşkil edib. 
Qeyd edək ki, cari ilin ilk yarısında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayında artım 2012-ci ilin eyni dövrü ilə müqayisədə 9,9% olduğu halda, Dünya üzrə beynəlxalq ziyarətçilər və ayrıca Avropa regionuna gələnlərin sayında artım cəmi 5% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar