AZAL Paris reyslərini təxirə salmayacaq
16 noyabr 2015 12:27 (UTC +04:00)

AZAL Paris reyslərini təxirə salmayacaq

0

 

 

"Azərbaycan Hava Yolları" (AZAL) QSC yaxın vaxtlarda Parisə aviareysləri ləğv etməyi planlaşdırmır.

 

Lent.az-ın "Trend"ə istinadən xəbərinə görə, bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

 

Onun sözlərinə görə, ötən gün növbəti aviareys Parisə uğurla həyata keçirilib və təyyarə artıq Bakıya qayıdıb.

 

Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində təqribən 130 nəfər ölüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 527

Oxşar yazılar