Gənclər və idman naziri Azad Rəhimov Quba şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 5-də saat 11:00-da başlanacaq qəbul Quba, Şabran, Xaçmaz, Qusar və Siyəzən rayonlarının sakinləri üçün nəzərdə tutulub.
Quba şəhər Mədəniyyət Evində (Heydər Əliyev prospekti, 165) başlanacaq qəbula gəlmək istəyənlər iyulun 4-dək saat 9:00-dan 18:00-dək həmin rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.