Avtobus sürücülərinin əməkhaqqı açıqlandı – 700-800 MANAT
30 may 2013 17:01 (UTC +04:00)

Avtobus sürücülərinin əməkhaqqı açıqlandı – 700-800 MANAT

"Avtobuslarda kart sisteminə keçid sürücülərin qazancına mənfi təsir göstərməyəcək. Əksinə bu sistemə keçid sürücülərin stabil olaraq yüksək məbləğdə əmək haqqı almasına imkan yaradacaq”.

Lent.az-ın məlumatına görə, bu sözləri movqe.az-a açıqlamasında sürücülərin kart sisteminə keçid nəticəsində  qazanclarının azalması ilə narahatçılıqlarına cavab olaraq Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov söyləyib: "Düzdür Nəqliyyat Nazirliyi sürücülərin əmək haqqı məsələsini tənzimləmir. Bu sürücü ilə sahibkar arasında olan anlaşmadır. Amma sürücülər narahat olmasınlar ki, onlara ayda 500 manat əmək haqqı veriləcək. Sürücülərin əmək haqqı 700-800 manat civarında müəyyənləşəcək. Təbii ki, peşəkar sürücülərə bu sistemə keçiddən sonra daha çox üstünlük veriləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4452
avatar

Oxşar yazılar