Astaraya yol tikintisi ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM
12 sentyabr 2013 18:49 (UTC +04:00)

Astaraya yol tikintisi ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Astara rayonunun Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla on iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılıb.
 

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.

 

Dövlət başçısının digər sərəncamı ilə, Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Astara Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388
avatar

Oxşar yazılar