Çağdaş aşıq sənətinin tanınmış nümayəndələrindən biri olan Azər Xanlaroğlunun müalicəsi davam etdirilir.
Bu barədə Lent.az-a Aşığı gündəlik ziyarət edən millət vəkili Qənirə Paşayeva məlumat verib.
Q.Paşayevanın sözlərinə görə, hazırda Aşıq Azər "Hepatit B" və qaraciyər serrozu ilə bağlı müalicə alır. 1 həftə sonra isə ayaqlarında yaranmış problem ilə bağlı başqa xəstəxanaya köçürüləcək və müalicə davam etdiriləcək.
Qeyd edək ki, 33 yaşlı məşhur aşıq 3 ildir “Hepatit B” xəstəliyindən əziyyət çəkir. Aşığın ayaqları şişdiyi üçün yerindən tərpənə bilmir. Xəstəliyinin müalicəsi mümkündür, amma maddi vəziyyət buna imkan vermir. Deyilənə görə, xəstəliyin müalicəsi İsraildə 60 min dollara başa gəlir.