<span style="color:red;">Nazir müavini:  "Gələn ilin martına kimi  bütün dərmanların qiymətləri tənzimlənəcək"
05 avqust 2015 10:33 (UTC +04:00)

Nazir müavini: "Gələn ilin martına kimi bütün dərmanların qiymətləri tənzimlənəcək"

0

“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” tarixi sosial qərar ilə 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib.

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

E.Ağayevin sözlərinə görə, qiymətlərin tənzimlənməsi ilə bağlı qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır.

E. Ağayev yeni satış qiymətlərinin sentyabr ayının 15-dən qüvvəyə minəcəyini deyib : “Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaq. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcək.

Qiymətləri tənzimlənən dərmanların siyahısına ilkin olaraq əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatları daxil edilib. İlin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq.

 

E. Ağayev bildirib ki, “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib: “Burada Tarif Şurası ilə sıx əməkdaşlığın davam etdirilməsi, apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısına yenidən baxılması və çeşidinin genişləndirilməsi barədə təkliflərin qısa zaman ərzində hazırlanması daxildir. 

 

Bundan əlavə mərkəzləşdirilmiş apteklərin fəaliyyətinin və idarə olunmasının gücləndirilməsi üçün müvafiq tibb müəssisələrinin apteklərinin ştat cədvəllərinə yenidən baxılması və zəruri vəzifələrin daxil edilməsi nəzərdə tutulur. Eyni zamanda, tədbirlər planında dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün Elektron səhiyyə, “qaynar xətt” və digər vasitələrlə gələn müraciətlərin dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi və sair tədbirlər nəzərdə tutulub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 359

Oxşar yazılar