Fevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda AMEA-nın bəzi institutlarında struktur dəyişikliklərinin edilməsi ilə bağlı da məsələlərə baxılıb.
Belə ki, Rəyasət Heyəti AMEA-nın Fizika İnstitutunda Tətbiqi fizika şöbəsinin, Radiasiya Problemləri İnstitutunda, Riyaziyyat və Mexanika İnstitutunda isə təhsil şöbələrinin yaradılmasını məqsədəuyğun hesab edərək bu barədə qərar qəbul edib. Həmçinin İnformasiya Texnologiyaları İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi qərara alınıb.