Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin edilib.
AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, AMEA Rəyasət Heyətinin 9 dekabr tarixli iclasında qəbul olunan qərara əsasən, Səbuhi Qəhrəmanov şöbənin rəisi vəzifəsinə təyin edilib.