AMEA-nın yeni yeni Nizamnaməsi qəbul olundu
30 iyun 2014 12:35 (UTC +04:00)

AMEA-nın yeni yeni Nizamnaməsi qəbul olundu

Azərbaycan Milli Elmlər Akademiyasın (AMEA) yeni Nizamnaməsi qəbul olunub.

 

APA-nın xəbərinə görə, AMEA üzvlüyünə seçkilər üzrə keçirilən Ümumi Yığıncaqda  AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Nizamnamə layihəsi barədə ətraflı məlumat verib.

 

O bildirib ki, bu sənəd AMEA-nın müstəqillik dövründə hazırlanmış əsas Nizamnamə layihəsidir. AMEA-nın hazırda 16 bölmədən  və 176 maddədən ibarət olan yeni Nizamnaməsi isə yeni mərhələdə ölkədə elmi daha da inkişaf etdirməyə, geniş islahatlar keçirməyə təminat verməlidir. İ.Həbibbəyli qeyd edib ki, AMEA-da müstəqillik illərində yaradılmış regional  elmi bölmələr və mərkəzlərin fəaliyyətinin, həmçinin son illərdə genişlənməkdə davam edən beynəlxalq əlaqələrin, innovasiya və sahibkarlıq fəaliyyətinin, əmlak və maliyyə məsələlərinin nizamnamə ilə tənzimlənməsi ilə əlaqədar müddəalar haqqında ilk dəfə olaraq nizamnamədə yeni bölmələr əsasında kompleks müddəalar müəyyən olunub.

 

Yeni Nizamnamə layihəsi AMEA-nın Ümumi Yığıncağında müzakirə edilərək qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700

Oxşar yazılar