AMEA-nın Dilçilik İnstitutunda struktur dəyişiklikləri
11 sentyabr 2013 17:05 (UTC +04:00)

AMEA-nın Dilçilik İnstitutunda struktur dəyişiklikləri

AMEA Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi məqsədilə institutun yeni strukturu qurulub. Lent.az-ın məlumatına görə, bu barədə AMEA Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlov “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış işçi qrupunun iclasında məlumat verib.

 

F. Veysəlovun sözlərinə görə, aparılan struktur dəyişikliklərinə əsasən, institutun bəzi şöbələri birləşdirilib, bəzi şöbələr iki hissəyə bölünüb, bəzi şöbələr isə yeni yaranıb. F.Veysəllinin sözlərinə görə, aparılan struktur dəyişiklikləri nəticəsində 10 şöbə formalaşıb: “Bunlara “Müasir Azərbaycan dili”, “Dil tarixi və dialektologiya”, “Sosial-linqvistika və dil siyasəti”, “Qədim dillər və mədəniyyətlər”, “Nəzəri dilçilik”, “Tətbiqi dilçilik”, “Hind-Avropa dilləri”, “Monitorinq”, “Türk dilləri” və yeni dövrlə ayaqlaşan “Kompüter” şöbələri daxildir. Bu yeni şöbələrin siyahısı AMEA Rıyasət Heyətinə təqdim olunacaq və qəbul edildiyi təqdirdə yeni struktur formasında fəaliyyət göstərəcək”.

 

Dövlət Proqramının icrası ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Kamal Abdulla Dilçilik İnstitutunun yeni strukturunun yaradılmasının çox zəruri və lazımlı addım olduğunu deyib. O bildirib ki, bu məsələ prezidentin sərəncamında da öz əksini tapıb, proqramın bəzi bəndlərinin icrası Dilçilik İnstitutunun yeni yaradılan şöbələrində icra ediləcək.

 

ANAR MƏCİDZADƏ

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100

Oxşar yazılar