AMEA Rəyasət Heyəti aparatının nəzdində Müəlliflik Hüquqları və Patent şöbəsi yaradılıb.
AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub. Şöbənin müdiri vəzifəsinə isə Sadıq Bəkir oğlu Nəbiyev təyin edilib. Bundan əlavə, şöbənin Əsasnaməsi təsdiq olunub, strukturuna vəzifə ştat vahidləri daxil edilib.
Qeyd edək ki, şöbənin yaradılmasında məqsəd AMEA-nın elmi müəssisələri tərəfindən aparılmış elmi tədqiqat işlərinin nəticələrinin, tərtib edilmiş elmi əsərlərin, ixtiraların, faydalı model və sənaye nümunələrinin, eləcə də digər əqli mülkiyyət obyektlərinin hüquqi mühafizəsi və istifadəsi sahəsində AMEA-nın fəaliyyətini tənzimləmək və inkişaf etdirməkdir.