Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Günəşli” yatağındakı neft platformasında baş vermiş güclü yanğında həyatını itirənlərlə əlaqədar başsağlığı verib. Lent.az-ın idarənin saytına istinadən məlumatına görə, başsağlığında deyilir:
“Ölənlərə Uca Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
A.Paşazadə bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbr və məğfirət, yaralılara şəfa, xilasedicilərin işinə Uca Yaradanımızdan rəvac diləyir.
Allah Vətənimizi hifz etsin!”
Qeyd edək ki, QMİ-nin sədrinin göstərişi ilə bu günlər paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə faciə qurbanlarının xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.