Bakı Ali Neft Məktəbində Qələbənin 70 illiyi münasibətilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak edib. Mərasimi giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 300 mindən çox azərbaycanlının müharibədə həlak olduğunu bildirib. SOCAR prezidenti Rövnəq Abdullayev çoxminli neftçilər ordusu adından müharibə veteranlarını təbrik.
Tədbirin rəsmi hissəsinin ardınca Böyük Vətən Müharibəsi veteranı, görkəmli neftçi-alim Əbdülağa Cavadovun anadan olmasının 95 illiyinə həsr olunmuş film nümayiş etdirilib.