Beynəlxalq Mühəndislik Akademiyasının vitse–prezidenti, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) “Fəxri Qızıl Nişanı” fərqlənmə nişanı və Diplomu ilə təltif olunub.
Azərbaycan Milli Elmlər Akademiyasından Lent.az-a verilən məlumata görə, akademik Arif Paşayev bu mükafata Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının qərarı ilə akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.