Təhsil naziri Mikayıl Cabbarov mayın 12-də Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 6, 7 və 8 may tarixlərində nazirliyin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.