Koreya səfirliyi ADU-da festival keçirib
25 aprel 2016 15:03 (UTC +04:00)

Koreya səfirliyi ADU-da festival keçirib

Aprelin 23-də Koreyanın Azərbaycandakı Səfirliyi tərəfindən Azərbaycan Dillər Universitetinin akt zalında K-pop Festivalı keçirilib.

Koreya Səfirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu ilki festivalda müasir Koreya musiqisi və ritmik K-pop janrını sevən 21 komandaya bölünmüş 37 gənc iştirak edib.

Festivalda birinci yerə “Bts- Dope, Bts-danger” adlı mahnısı ilə rəqs edən Emin Ağayev və Black Zone Crew adlı komanda layiq görülüb. İkinci yeri isə T-ara-nın, Number Nine adlı mahnısını ifa edən Pınar Ələkbərzadə adlı iştirakçı tutub. Tədbirdə həmçinin Samsung şirkəti işçilərinin musiqi qrupu da öz ifası ilə qonaq olub.

Qeyd edək ki, tədbirdə birinci və ikinci yeri tutmuş komandalar bu ilin sentyabrında Koreyada keçiriləcək Dünya K-pop festivalında Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar. Dünya K-pop festivalının final iştirakçıları ayrıca seçim prosesini keçdikdən sonra müəyyən ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar