Hazırda Abşeron rayonunun bütün qəsəbələrində növbə ilə istismar müddəti başa çatmış transformatorların yenilənməsi, müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi gedir.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Lent.az-a verdiyi məlumata görə, bu işlərlə yanaşı, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşmüş və texniki parametrlərini itirmiş alüminium naqillər özünü daşıyan izolyasiyalı naqillərlə (ÖİN) dəyişdirilir.
Bildirək ki, ”Azərişıq” ASC-nin daxili vəsaiti hesabına ötən ilin aprel ayından bu ilin aprel ayına qədər olan tarixdə Xırdalan ETSİ –nin xidməti əraziləri olan Xırdalan şəhərində, Masazır, Hökməli, Qobu ,Aşağı Güzdək, Müşviqabad və 28 May qəsəbəsində, Qobustan və Cəngi kəndində, Mexkalon yaşayış sahəsində xeyli işlər görülüb. Xırdalan şəhərində 1 ədəd 100 kva, 3 ədəd 400 kva, 1 ədəd 630 kva ,Masazır qəsəbəsində 1 ədəd 250 kva ,10 ədəd 450 kva, 7 ədəd 630kva ,1 ədəd 1000 kva ,Mexkalon yaşayış sahəsində 1 ədəd 400 kva ,Hökməli qəsəbəsində 1 ədəd 250 kva ,5 ədəd 400 kva, 3 ədəd 630 kva ,Qobu qəsəbəsində 3 ədəd 250 kva, 4 ədəd 400 kva ,Müşviqabad və 28 May qəsəbələrində 3 ədəd 250 kva, 1ədəd 400 kva, Aşağı güzdək qəsəbəsində 2 ədəd 250 kva, 2 ədəd 400 kva ,Qobustan kəndində 1ədəd 1000 kva ,Cəngi kəndində 1 ədəd 250 kva, 1 ədəd 400 kva gücündə cəmi 52 ədəd transformator quraşdırılıb, 15 ədəd müxtəlif güclü transformatorun gücləri artırılaraq yenisi ilə əvəzlənıb.
Bundan başqa, Xırdalan şəhərində 14 ədəd 10 kV-luq 1 dövrəli metal dayaq basdırılıb, 103 ədəd ŞF-10 izolyator quraşdırmaqla 7780 metr istismara yararsız AS-50 və 2150 metr AS-70 naqil yenisi ilə əvəzlənib. 1361 metr müxtəlif ölçülü 10 kV-luq XLPE, 319 metr 0,4 kV-luq AVVQ və 1460 metr SİP kabel istifadə edilib.
Masazır qəsəbəsində də 17 ədəd 10 kV-luq bir-dövrəli metal, 7 ədəd beton dayaq, 25 ədəd 10 kV-luq iki-dövrəli metal dayaq basdırılıb, 501 ədəd ŞF-10 izolyator quraşdırmaqla 18230 metr istismara yararsız AS-50 naqil yenisi ilə əvəzlənib, 483 metr müxtəlif ölçülü 10 kV-luq XLPE, 28 metr 0,4 kV-luq AVVQ və 865 metr SİP kabel istifadə edilib.
Həmçinin Hökməli qəsəbəsində 363 ədəd ŞF-10 izolyator quraşdırmaqla 13320 metr istismara yararsız AS-50 və 600 metr AS-70 naqil yenisi ilə əvəzlənib, 362 metr müxtəlif ölçülü 10 kV-luq XLPE, 150 metr 0,4 kV-luq SİP kabel istifadə edilib.
Qobu qəsəbəsində görüləcək işlərə gəlincə isə, 47 ədəd 10 kV-luq vbir dövrəli metal basdırılıb, 507 ədəd ŞF-10 izolyator quraşdırmaqla 14640 metr istismara yararsız AS-50 naqil yenisi ilə əvəzlənib ,70 metr 0,4 kV-luq müxtəlif ölçülü SİP kabel istifadə edilib.
Bundan əlavə , Aşağı Güzdək qəsəbəsində də 50 ədəd 10 kV-luq bir-dövrəli, 136 ədəd beton dayaq, 27 ədəd 10 kV-luq iki- dövrəli metal dayaq basdırılıb. 1058 ədəd ŞF-10 izolyator quraşdırmaqla 18540 metr istismara yararsız AS-50 və 300 metr AS-95 naqiı yenisi ilə əvəzlənib. Görülən işlərlə əlavə olaraq 1500 metr müxtəlif ölçülü 10 kV-luq XLPE ,50 metr 0,4 kV-luq kabel istifadə edilib.
Ümumilikdə isə sayğac quraşdırmaya 9180 metr 0,4kV-luq SİP kabel və 7190 ədəd sayğac istifadə olunub.